Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 92 illiyinə həsr olunmuş Bayram tədbiri keçirilmişdir

06 may 2015 | 15:00

Saatlı rayonunda 06 may 2015 - ci il tarixdə saat 19:00 – da Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 92 illiyinə həsr olunmuş Bayram tədbiri keçirilmişdir. Tədbirdə Ümummilli liderin abidəsi önünə əklil qoyulmuş və tər gül – çiçək dəstələri düzülmüşdür.Bayram tədbirində Respublikanın bir sıra tanınmış müğənniləri iştirak etmişdir. Sözügedən tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 92 illiyinə həsr olunmuş tədbirlər silsiləsində nailiyyətlər əldə etmiş müsabiqə qaliblərinə və idmançılara hədiyyələr təqdim olunmuşdur. Tədbirin sonunda atəşfəşanlıq olmuş və ulu öndərin 92 illiyi ilə əlaqədar olaraq 92 ədəd fişəng atılmışdır.  Ümumilikdə tədbirdə 10000 dən çox rayon sakini iştirak etmişdir.

Keçidlər