Şriftin ölçüsü :

Saytın rəngi :

22 yanvar 2016 – cı il tarixdə İqtisadiyyat Naziri Şahin Mustafayev Saatlı şəhərindəki Gənclər mərkəzinin inzibati binasında Saatlı, Şirvan, Hacıqabul, Salyan, Sabirabad, İmişli rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirmişdir.

22 yanvar 2016 | 16:00

Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Şahin Mustafayev tərəfindən 22 yanvar 2016 – cı il tarixdə saat 11:00 - dan başlayaraq Saatlı şəhərindəki Gənclər mərkəzinin inzibati binasında Şirvan, Hacıqabul, Salyan, Sabirabad, Saatlı, İmişli rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciətlərini dinləmiş, qaldırılan mәsәlәlәrin operativ həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.
Nazirliyin səlahiyyətlərinə aid müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapmış, bəzi vətəndaşlara müraciətləri ilə bağlı izahatlar verilmişdir. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə icra vəziyyəti nəzarətdə saxlanılmaqla müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin, suvarma infrastrukturunun yaradılması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, meyvə emalı və meyvə konsentratı istehsalının təşkili, iri fermer təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin ayrılması və s. məsələlərlə əlaqədar müraciət etmişlər.
Eyni zamanda, qəbulda iştirak edən sahibkarlarla müzakirələr aparılmış, onların heyvandarlıq, quşçuluq, pambıq istehsalı və emalı, istixana təsərrüfatının yaradılması, çörək və qənnadı məhsullarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə təklifləri dinlənilmiş, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir. Qəbulda iştirak edən sahibkarlar lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində atılan addımları böyük razılıqla qarşılamış və dövlət başçısına sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etmişlər.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.
Ümumilikdə, Saatlıda keçirilmiş qəbulda 70-ə yaxın vətəndaş müraciət etmişdir.

Keçidlər