Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda «Novruz» bayramı münasibətilə tədbir keçirilmişdir.

18 mart 2016 | 16:00

18 mart 2016-cı il tarixdə Saatlı şəhəri Heydər Əliyev prospekti 289 ünvanda yerləşən “İstirahət” parkında  Azərbaycan xalqının qədim tarixi adət-ənənələri özündə əks etdirən «Novruz» bayramı münasibətilə rayon tədbiri keçirilmişdir. Bayram tədbirində Azərbaycan xalqının tarixi adət-ənənələrindən bəhs edən yaradıcılıq nümunələri, maddi-mənəvi irsimizə aid olan sənətkarlıq əsərləri nümayiş edilməklə, musiqili-əyləncəli tamaşalar təşkil olunmuşdur. Bayram münasibətilə rayonun Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə bayram sovqatları verilmişdir. Tədbirdə ümumlikdə 6000 nəfər rayon sakini iştirak etmişdir.

Keçidlər