Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunun Məmmədabad və Qazanbatan kəndlərinə təbii qaz verilib

12 aprel 2017 | 16:00

12 aprel 2017-ci il tarixdə saat 12:00-da Saatlı rayonunun Qazanbatan və Məmmədabad kəndlərində təbii qazın verilməsi tədbiri keçirilmişdir.
   Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə yanaşı, Salyan Regional Qaz İstismarı idarəsinin rəisi şahmirzəyev İlham Ağamurad oğlu və 300 - dən artıq kənd sakinləri iştirak etmişdir.
289 abonenti olan Məmmədabad kəndinin qazlaşdırılması üçün, birpilləli sistem əsasında ümumi uzunluğu 5921 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu         24921 metr müxtəlif diametrli metal borularla daşıyıcı qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
200 abonenti olan Qazanbatan kəndinin qazlaşdırılması üçün isə, birpilləli sistem əsasında ümumi uzunluğu 3442 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 14148 metr müxtəlif diametrli metal borularla daşıyıcı qaz xətləri çəkilib, mənzillərə 200 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Keçidlər