Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyə seçkilərinin nəticələri açıqlanmışdır

06 dekabr 2011 | 16:00

62 saylı Saatlı seçki dairəsi üzrə
62 saylı Saatlı seçki dairəsinin Saatlı və Əhmədbəyli bələdiyyələrində Azərbaycan Respublikası seçki məcəlləsinin 245-ci maddəsinə əsasən sıradan çıxmış bələdiyyə üzvlərinin yerinə 30 noyabr 2011-ci il tarixdə yeni seçkilər keçirilmişdir.
Dairə üzrə 12041 nəfər seçıcıdən 2277 nəfəri, yəni seçıcılərin 18,91 faizi seçkilərdə iştirak etmişdir.
Ağakişiyeva Sevinc Mübariz qızı səslərin 45,89 faizini toplayaraq Saatlı bələdiyyəsinin, Mənəfova Zemfira Kərim qızı isə səslərin 42,08 faizini toplayaraq Əhmədbəyli bələdiyyəsinin üzvü seçilmişdir.

-----
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin Saatlı rayonu üzrə Bəylik və Yeni Novruzlu bələdiyyəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, 30 noyabr 2011-ci il tarixdə yeni seçkilər keçirilmişdir.
Bağırov Əlibaba Bağır oğlu səslərin 41,72 faizini toplayaraq Bəylik və Yeni Novruzlu bələdiyyəsinin üzvü seçilmişdir.
 

Keçidlər