Saatlı rayonunda pambıq yığımına start verildi. Pambıq yığımının başlanılması pambıq istehsalçıları və rayon ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Pambıq istehsalçıları onlara yaradılan şəraitdən razı qaldıqlarını bildirərək görülən işlərin pambıqçılığın inkişafına güclü təkan verəcəyini, məhsuldarlığın isə daha yüksək olacağını bildirmişlər.