Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu

30 sentyabr 2017 | 16:00
     Saatlı rayonunda  prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunmuşdur. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.
     Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov peşə bayramı günü ilə əlaqədar prokurorluq işçilərini təbrik  edərək  onlara  işlərində uğurlar  arzuladı. Siraqəddin  Cabbarov  Ümummilli  Lider Heydər Əliyevin xalqın təkidi  ilə yenidən hakimiyyətə gəlişindən  sonra  həyata keçirdiyi  yenidənqurma siyasətinin nəticəsi olaraq,  digər  dövlət  təsisatları  ilə yanaşı, Azərbaycan Prokurorluğunun da müasir,  demokratik məzmunlu qurum kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildiyini vurğuladı.
     Daha sonra rayon Prokuroru Kamran Əhmədov, rayon Polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev, Dövlət  Təlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Vidadi Qurbanov çıxış edərək  prokurorluq orqanlarının fəaliyyətindən, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərdən danışdılar.

h

Keçidlər