Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir

17 fevral 2018 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə  "Novruz" bayramı ərəfəsində 17 fevral 2018-ci il tarixdən etibarən rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Saatlı şəhərində, rayonun Qara Nuru və Nəsimikənd  kəndlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Yarmakalar hər həftənin şənbə və bazar günləri keçirilir. Yarmarkada rayon sahibkarları, fermerlər və fərdi təsərrüfatçılar məhsullarını bazar qiymətlərindən 15-20 faiz ucuz qiymətə istehlakçılara təklif edirlər.

Keçidlər