Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 95 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

10 may 2018 | 16:00
     10 may 2018-ci il tarixdə saat 09:30-dan başlayaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Saatlı şəhər Heydər Əliyev meydanında ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulmuş, Heydər Əliyev Mərkəzi ziyarət edilərək Ulu öndərin həyat fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuşdur. Daha sonra məktəbli şagirdlərin əl işlərindən ibarət sərgi və öz fəaliyyət dərnəklərinin iştirakı ilə konsert proqramı təşkil olundu. Bundan əlavə rayon tədbirlər planına uyğun olaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş müsabiqə qalibləri mükafatlandırılmışdır.
Keçidlər