Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonu Mədəniyyət Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi.

11 sentyabr 2018 | 16:00

11 sentyabr 2018-ci il tarixdə saat 11:00-da Saatlı rayonu Mədəniyyət Mərkəzinin konfrans zalında müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, abidə önünə gül dəstələri qoydular. 
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi olaraq İshaq Məmmədov iştirak etdi.
Müəllimlərin sentyabr konfransında təhsil sahəsində olan uğurlardan, qazanılan nailiyyətlərdən söhbət açıldı, 2018-2019-ci dərs ilində qarşıda duran vəzifələr müzakirə edildi, mövcud vəziyyət təhlil olundu.
Tədbirdə məktəb rəhbərləri, müəllimlər, valideynlər, eləcə də rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri iştirak etdi.

Keçidlər