Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonu Heydər Əliyev Mərkəzində “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə keçirildi.

25 oktyabr 2018 | 16:00

   25 oktyabr 2018-ci il tarixində Saatlı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə keçirdi.
   Tədbirdə gənc qızlar və analarla sağlam  nəsil yetişdirməyin birinci qaydası olan sağlam ana və sağlam ailə  şəraitindən, hamiləlik dönəmində gələcək anaların düzgün qidalanmasından, sağlamlığını qorumalı və lazımi analizləri vaxtında verməli olduqlarından, müasir dövrün əsas bəlasına çevrilmiş süd vəzi xərçənginin yaranma riskinin aradan qaldırılması yollarından danışıldı.
Mühazirədə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Lətafət Dadaşova çıxış etdi.
     Tədbirdə 50 nəfər  iştirak etdi.

Keçidlər