Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı tədbir keçirildi

20 yanvar 2019 | 16:00

20 yanvar 2019-cu il tarixdə  rayonun Şəhidlər abidə kompleksinin önündə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri olmaqla  5000 nəfər əhali iştirak etdi.   
Tədbir iştirakçıları 20 yanvar şəhidlərinin, eləcə də Azərbaycan torpaqlarının müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin müqəddəs xatirəsini yad etdi, abidə kompleksi önünə gül-çiçək dəstələri qoyuldu. Tədbirdə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olundu.

Keçidlər