Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil olundu.

13 iyun 2019 | 16:00

13 iyun 2019-cu il tarixdə  Saatlı rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil olunmuşdur.Tədbir ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlamış daha sonra elmi-konfrans şəklində davam etmişdir.

Konfransda Saatlı rayon İcra Hakimiyyəti başçısı cənab Nazim İsmayılov çıxış edərək xalqın keçirdiyi çətin günlərdən və bu günlərdə xalqının köməyinə çatan, onları xilas edən bir dahi öndərin həyat yolundan danışdı. Daha sonra öz fəaliyyət sahələrində göstərdikləri uğur və nailiyyətlərinə görə fərqlənən şəxslər rayon İcra Hakimiyyəti başçısı tərəfindən  “Fəxri Fərman”la təltif edildilər.Tədbirin sonunda “Milli Qurtuluşdan İntibaha adlı film nümayiş olundu. Tədbirdə 50 nəfər iştirak etdi.

Keçidlər