Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi

06 noyabr 2012 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə 05 noyabr 2012-ci il tarxidə YAP Saatlı rayon təşkilatında rayonun Mədəniyyət Sarayında təntənəli tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Heykəli önünə tər gül-çiçəklər düzdülər və müqəddəs xatirəsini yad etdilər.
Yubileylə əlaqədar tədbir iştirakçılarının Ümummilli Liderin abidəsi önündən Rayon Mədəniyyət Sarayına qədər yürüş mitinqi edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov, Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev, rayon təşkilatının idarə heyəti, şura üzvləri partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Tədbiri YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev açaraq geniş məruzə ilə çıxış etdi. O, partiyanın yarandığı tarixdən, keçdiyi şərəfli yoldan, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı rolundan danışdı.
YAP rayon təşkilatının şura üzvləri Oqtay Məmmədov, Nuhəli Kərimov, rayon təşkilatının Qadınlar Şurasının üzvü Rüxsarə Səmədova çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək söylədi: “Xalqın təkdli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var “
Daha sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış etdi və 20 illik yubiley münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.
Tədbirdə bir qrup partiya üzvülərinə YAP rayon təşkilatının Fəxri Fərmanları təqdim edildi.
Azərbaycan Respublikasının Prezdenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul edildi.
Tədbir rayon Mədəniyyət və Turzm Şöbəsinin hazırladığı təntənəli bayram konserti ilə davam etdirildi.
 

Keçidlər