Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyasına qarşı mübarizə hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilməlidir

05 iyun 2020 | 16:00

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz  bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
  Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.
Ölkədə Karantin rejiminin tətbiqi  koronavirus infeksiyasının insanlar arasında sürətlə yayılmasının qarşısının alınmasında mühüm rol oynaydı.Növbəti mərhələ kimi Karantin rejiminin yumşaldılması yoluxanların sayının artmasına səbəb olması və insanların karantin qaydalarına düzgün əməl etməməsinə görə həftə sonlarında sərt karantin rejimi qaydaları tətbiq olundu.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qaydalara əsasən insanlar arasında sosial məsafənin gözlənilməsi, tənəffüz yollarının infeksiyalaradan qoruması məqsədilə tibbi maskalardan istifadə edilməsi zəruri hal kimi qəbul edilmiş və qaydalara əməl olunmasına ciddi nəzarət həyata keçirilir.
Bununla əlaqədar Saatlı rayon İcra Hakimiyyəti tərəfindən yerli icra nümayəndəlikləri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərlərinə rəhbərlik etdikləri əmək kollektivlərində Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasını insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarının tələblərinə ciddi əməl olunması tapşırılmış və qaydalara əməl olunmasına nəzarət məqsədilə rayon İcra Hakimiyyəti və aidiyyatı təşkilatların nümayəndələrindən ibarət Monitorinq qrupu tərəfindən reydlər keçiriləcəyi bildirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı tibbi maskadan istifadə etməsi bir nümunə kimi qəbul edilməklə bütün insanların karantin qaydalarına əməl etmələrinə çağırış hesab olunur.İnsanlar karantin rejimi qaydalarına nə qədər düzgün əməl edərsə mövcud vəziyyətdən çıxış yolumuz bir o qədər tez və asan olacaqdır.

Keçidlər