Şriftin ölçüsü :

Saytın rəngi :

“Qurtuluşdan intibaha”

11 iyun 2020 | 16:00

11 iyun 2020-ci il tarixdə saat 15:00-da Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan intibaha” adlı onlayn konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyası rayon Təşkilatı, rayon Təhsil şöbəsi, Sabirabad Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəliyi, rayon Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Gənclər və İdarəsi, Olimpiya İdman Kompleksi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Bülbül adına Uşaq musiqi məktəbi və Məzrəli kənd tam orta məktəbinin kollektivi  iştirak etdilər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova açaraq bu günü  tariximizə qızıl hərflərlə yazmış, ölkəmizin və xalqımızın xilaskarı Ümummilli lider Heydər Əliyev və onun xalqımız və dövlətimiz üçün göstərdiyi misilsiz xidmətlərindən danışdı. Ulu öndər Heydər Əliyevin yenilməz iradəsi və səyi nəticəsində ökəimiz müharibə və böhranlı  vəziyyətdən xilas olmaqla yanaşı iqtisadi, siyasi və hərbi cəhətdən də gücləndi.
Digər çıxış edənlər də qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktının dayandığını, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyinin daim işıqlı və firavan göründüyünü bildirdilər. Həmçinin çıxışçılar Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrildiyini, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atdığını, bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünyanın təsdiq etdiyini qeyd etmişlər.

Keçidlər