Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması

14 iyun 2020 | 16:00

Ümummili lider Heydər Əliyev Azərbaycanın istər SSRİ hakimiyyəti altında olduğu dövlərdə, istərsə də müstəqillik qazandıqdan sonrakı dövrlərdə daim dövlətimizin inkişafına və xalqımızın rifahı halının yaxşılaşdırılmasına çalışmışdır. SSRİ rəhbərlərindən biri kimi çalışdığı dövrdə Qarbaçov siyasətinə etiraz edərək tutduğu vəzifədən istefa verən ulu öndər 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.
1991-1993-cü illərdə ölkə demək olar ki, total böhran yaşayırdı. İqtisadi, siyasi, hərbi böhran Azərbaycanı çox ağır vəziyyətə salmışdı və daxili çəkişmələr, özbaşınalıq, anarxiya və xaos demək olar ki, Azərbaycanın gələcəyini də şübhə altına qoyurdu.
1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü 1993-cu ilin 4 iyununda “Sürət Hüseynov qiyamı nəticəsində  təhlükə ilə üzləşmişdi. SSRİ-nin dağılmasının ardından hakimiyyətə yiyələnmiş AXC-Müsavat  cütlüyünün siyasi səriştəsizliyi ucbatından ölkədə baş alıb gedən özbaşınalıq, xaos, hərc-mərclik hələ yaranmamış, fərdlərin nəzarətində olan ordu hissələrindəki vəziyyətə də sirayət edirdi. Bunun nəticəsi idi ki, həmin silahlı qruplaşmaların əksəriyyəti şəxsi mənafelərə xidmət göstərir, düşmənlə vuruşmaqdansa maddi maraqların əsirinə çevrilirdi.
Təbii ki, bu cür hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Düşmənlərin əsas hədəfi isə Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmişdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə başlanmışdı. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən qeyri-sağlam fəaliyyəti ilə yadda qaldı. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görünürdü və bu qruplaşmalar silahlı qarşıdurma həddinə çatmışdılar. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə-Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Belə bir məqamda o zamanki Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Vəziyyət get-gedə pisləşirdi. 709-cu briqadanı tərki-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Ölkə vətəndaş müharibəsinin astanasında dayanmışdı.
Ölkədə  təkcə daxili vəziyyət deyil xarici vəziyyət də gərginləşmişdir.Belə ki,1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na 907- ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi. AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı.
Cənubi Azərbaycan məsələsi ilə bağlı Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. Bununla da ermənilərin Dağlıq Qarabağda işğalçılıq planları reallaşdı. Ardıcıl olaraq qısa vaxt ərzində Xankəndi, Xocalı, ŞuŞa, Laçın, Xocəvənd, Kəlbəcər işğal olundu.Digər torpaqların ələ keçirilməsi üçün yol açılmış oldu.Vəziyyətin getdikcə pisləşdiyini görə Azərbaycan Xalq Cəbhəsi çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü.
Xalqın təkidi və çağırışı ilə iyunun 9-da Naxçıvandan Bakıya gələn böyük lider Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri təyin edildi.Bu gün tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Çünki Ümummilli Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqı və dövləti məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev hakimiyyətə gəldiyi dönəmdə çıxılmaz-gərgin bir vəziyyətdə  olan ölkədə ilk öncə sabitliyi bərqərar etməyə ölkəni müharibə vəziyyətindən çıxarmağa çalışdı. 1994-cu ilin may ayında atəşkəs elan olunması ilə Dağlıq Qarabağ müharibəsi dayandırıldı. Atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı məsələlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbiçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi. 70-ci illərdə Heydər Əliyevin yaratmış olduğu Cəmşid Naxçivanski adına hərbi məktəbin təhsil verdiyi yeni peşəkar kadrların orduya cəlb olunması ordu quruculuğu sahəsində dönüş nöqtəsi yaratmış oldu.
Ümummilli Heydər Əliyevin ikinci ən böyük addımı ölkənin iqtisadi inkişafını təmin etməkdən ibarət oldu.Çünki 1992-93-cu illərdə hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasəti nəticəsində dövlət müdcəsi tamailə boşalımışdı. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan nefti dünyaya ixrac olunmağa başladı. Müqavilənin imzalandığı gün ölkəmiz üçün  mühüm tarixi bir gün hesab olunur.
İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vasitələr hesbına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur.
İqtisadi azadlıq və sosial prinsiplər əsasında torpaq üzərində yeni mülkiyyət prinsipləri yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı keçirmişdir.
Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmışdır. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası yaradılmışdır.
Ümummilli lider Heydər Əliyev ölkə daxilində sabitliyə nail olduqdan sonra xarici münasibətləri qaydaya samlağa başladı.İlk öncə bəzi dövlətrlə yaranmış lüzumsuz  və əsassız gərginliklər aradan qaldırıldı.
1993-cü il sentyabrın 20-də Azərbaycanın MDB-yə daxil olması, Alma-Ata  bəyənnaməsi, Kollektivlik Təhlükəsizlik haqqında  Müqavilə imzalanması mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev o zaman da bilirdi ki, MDB-yə daxil olmaq, Azərbaycanın həmin dövlətlərlə  iqtisadi, siyasi, mədəni inkişafında   irəliyə aparacaq. Heydər Əliyev ilk öncə bu dövlətlərlə olan münasibətləri qaydaya salmaq, hərtərəfli əlaqələri möhkəmləndirmək istəyirdi. Çünki Rusiya və İranla münasibətlər keçmiş səriştəsiz rəhbərlərin apardığı siyasət nəticəsində gərginləşmişdi. Heydər  Əliyevin siyasəti nəticəsində Rusiya ilə olan münasibətlər yenidən bərpa olundu. Artıq  Rusiya Azərbaycana bir çox məsələlərdə dəstək olurdu. Azərbaycanın MDB-yə üzv olması bu münasibətləri yenidən bərpasına şərait yaratdı. Rusiyanın Aərbaycana qarşı  mövqeyi Azərbaycanın Xəzərin status  məsələsi ortaya çıxanda özünü göstərdi. 1994-cü il “Əsrin müqaviləsinin” imzalanması zamanı Azərbaycanın Xəzərin milli sektorlara bölünməsi məsələsində Rusiyanın Azərbaycanı dəstəkləməsi  bu münasibətləri nə qədər işlədiyini göstərdi. Heydər Əliyevin uzaqgörən siyasəti  həm Rusiya ilə münasibətləri bərpa etməyə, həm də Xəzərin status məsələsinə bir çarə tapmağa  imkan verdi ki, bu da uzun zamandır yaranan Xəzər status məsələsinin həllinə imkan verdi.
Ümummilli Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz  nəinki çıxılması mümkün olmayan vəziyyətdən xilas oldu, eyni zamanda dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil oldu.
Dahi şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə liderlik simvolu olaraq həkk olundu. Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti-müstəqil Azərbaycanı miras qoydu.

Keçidlər