Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir.

08 iyul 2020 | 16:00

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində qarşıya qoyulmuş tələb və tapşırıqlara uyğun olaraq iyul ayının 8-də Saatlı rayon İcra Hakimiyyətinin və rayonun hüquq mühafizə orqanlarının əməkdaşları sanitar-epidemioloji qaydalara riayət edilməsini yerində yoxlamaq üçün  bir sıra ticarət və iaşə obyektlərində reydlər keçirib.

Reyd zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı sosial məsafəsini saxlamaları, bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Keçidlər