Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Novruz şənliyi keçirilmişdir.

16 mart 2013 | 16:00

15 mart 2013-cü il tarixdə Saatlı şəhəri Heydər Əliyev prospekti 289 ünvanda yerləşən istirahət parkında  Azərbaycan xalqının milli  bayramı olan, qədim tarixi adət-ənənələri özündə birləşdirən «Novruz» şənliyi keçirilmişdir. Bayram tədbirində Azərbaycan xalqının tarixi adət-ənənələrini əks etdirən yaradıcılıq nümunələri, maddi-mənəvi irsimizə aid olan sənətkarlıq əsərləri nümayiş olunmaqla, musiqili-əyləncəli tamaşalar təşkil olunmuşdır. Bayram münasibətilə rayonun Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə bayram sovqatları verilmişdir. Tədbirdə ümumlikdə 5 min nəfər rayon sakini iştirak etmişdir.

Keçidlər