Şriftin ölçüsü :

Saytın rəngi :

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüş

03 oktyabr 2020 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşmüşdür.
   Prezident İlham Əliyev görüş zamanı müalicə olunan hərbiçilərə şəfa diləmiş, onların tezliklə sağalmasına və normal həyata qayıtmalarına əminliyini bildirmiş, bütün yaralı əsgər və zabitlərimizin sağaldıqdan sonra da Vətən uğrunda haqlı savaşı davam etdirmək arzusunda olduqlarını qeyd etdi.
   Görüş zamanı cənab prezidentimizin öz çıxışında torpaqlarımızın işğaldan azad ediləcəyi, uzun illər məcburi köçkün kimi yayayan soydaşlarımızın öz doğma torpaqlarına qaydacağı, qəhrəmancasına həlak oan şəhidlərimizin qanın yerdə qalmayacağı barədə fikirləri hər bir vətənpərvər azərbaycan vətəndaşının qəlbinin səsi, ürəyinin arzusudur.
Prezident çıxışında şəhid ailələrinin, Qarabağ qazilərinin dövlət qayğısı ilə təmin olunduqlarını, onların məişət problemlərinin həll olunmasında köməklik göstərilməsini,  bundan sonra da bu kimi işlərin davam etdiriləcəyini bildirdi.
    Prezident erməni xalqına səslənərək: onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?
   Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, oradaq bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. 
   Dövlət başçısı Şanlı Ordumuzun uğurlu əməliyyatlarından söz açdı. Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Cəmiyyətdə ruh yüksəkliyi var.
   Prezident mövcud danışıqlar formatının heç bir nəticə hasil etmədiyini, ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırışın yersiz olduğunu bildirdi. 
Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.
  Yaralanan əsgərlərlə görüşdə iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva kövrəldi, göz yaşlarını saxlaya bilmədi. Bu ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ən ülvi xüsusiyyətlərdən biridir.

Keçidlər