Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş «Tariximizi bilirikmi?» adlı test müsabiqəsi keçirilmişdir

05 aprel 2013 | 15:00

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Saatlı rayonunda həyata keçirilən tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının, Saatlı rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və idman idarəsinin təşəbbüs və təşkilatçılığı ilə 04 aprel 2013-cü il tarixdə  S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbdə rayonun yuxarı sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş «Tariximizi bilirikmi?» adlı test müsabiqəsi keçirilmişdir.
Test müsabiqəsində rayonun bütün tam və ümumi orta təhsil müəssisələrinin hər birindən 8, 9, 10 və 11-ci sinif şagirdlərindən ümumilikdə 2 (iki) nəfər olmaqla məktəb üzrə öz bilik və bacarığı, istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər iştirak etmiş, Müsabiqənin yekununda müvafiq komissiyanın şagirdlərin test suallarına verdikləri cavab əsasında müəyyən etdiyi qaliblər yubiley günündə mükafatlandırılacaqdır.

Keçidlər