Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Xocalı soyqrımının 29-cu ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

25 fevral 2021 | 16:00

Saatlı rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, rayon Təhsil şöbəsinin, rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 25 fevral 2021-ci il tarixdə rayonun ümumtəhsil məktəblərinin, idarə, müəssisə və təşkilatların iştirakı ilə Xocalı soyqrımının 29-cu ildönümü ilə bağlı karantin rejiminin tələbləri nəzərə alınmaqla onlayn qaydada tədbir keçirildi. Təbdir faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva Xocalı faciəsinin XX əsrin ən dəhşətli, ən qəddarcasına törədilmiş faciə olduğunu, qısa müddət ərzində Xocalı şəhərinin yerlə-yeksan edildiyini, dinc sakinlərə amansız divan tutulduğunu bildirdi. Çıxış edən Orta Muğan kənd tam orta məktəbinin müəllimi Vüsal Nəsirov, Fətəlikənd tam orta məktəbinin müəllimi Bəhruz Quliyev bildirdilər ki, biz tarix boyu erməni vandallarının xalqımıza qarşı həyata keçirdiyi məkirli planların, terror və qətillərin şahidi olmuşduq. Qarabağ iddiaları ilə Azərbaycan topraqlarına göz dikən erməni qəsbkarları ölkə daxilində baş verən hərc məclikdən istifadə edərək torpaqlarımızı işğal etdilər. Lakin xalqımızın birliyi, ordumuzun gücü, ali baş komandan İlham Əliyevin uzaqgörən siyasəti, hərbi taktikası ilə 44 günlük Vətən müharibəsi nəticəsində qələbə qazandıq.Xocalımızın qisasını aldıq, tarixi Qarabağ torpaqlarımızı düşmən tapdağından azad etdik. Tədbirin sonunda Əhmədbəyli kənd tam orta məktəbi və Varxan kənd tam orta məktəbinin şagirdləri Xocalı faciəsi ilə bağlı hazırladıqları ədəbi-bədii şeir kompazisiyaları ilə çıxış etdilər. 

 

Keçidlər