Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda 05 sentyabr 2013-cü il tarixdə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirildi.

06 sentyabr 2013 | 15:00

Saatlı rayonunda 05 sentyabr 2013-cü il tarixdə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər mərkəzində yerləşən abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri qoydular.
  Rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik etdi. Rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd etdi ki, rayonda ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması elmə, biliyə olan marağın artmasıdır. Respublikamızda təhsilə və onun inkişafına diqqət Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə əsası qoyulmuşdur. Bu ənənə ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir.
Tədbirdə yüksək bal toplamış, eləcədə  respublikanın ali məktəblərinə qəbul olunmuş abituriyentlər mükafatlandırılmışdır. Daha sonra təhsil sahəsində olan uğurlardan, qazanılan nailiyyətlərdən söhbət açılmış, 2013-2014-cü dərs ilində qarşıda duran vəzifələr müzakirə edilərək, mövcud vəziyyət təhlil olunmuşdur. Tədbirdə məktəb rəhbərləri, müəllimlər, valideynlər, eləcə də rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri iştirak etmişdir.

Keçidlər