Şriftin ölçüsü :

Saytın rəngi :

“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq növbəti qanvermə aksiyası keçirilib.

06 sentyabr 2013 | 15:00

05 sentyabr 2013-cü il tarixdə Saatlı rayonunda “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq növbəti qanvermə aksiyası keçirilib. Saatlı Mərkəzi Rayon Xəstəxanasında keçirilən xeyriyyə aksiyasına rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları və eləcə də şəhər sakinlərindən olan gənclər həvəslə qoşulublar. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbirdə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə ediblər. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ələkbər Əkbərovun sözlərinə görə aksiya zamanı könüllü qan vermək üçün xəstəxanaya 200 nəfərə yaxın şəxs müraciər etmişdir.

Keçidlər