Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsi ilə əlaqədar olaraq Saatlı rayonunda da tədbir keçirilmişdir

21 yanvar 2014 | 16:00

20 yanvar 2014-cü il tarixdə saat 10:30-da rayonun şəhidlər abidə kompleksinin önündə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinlərinin iştirakı ümumilikdə 3200 nəfər əhali iştirak edirdi.
Tədbir iştirakçıları Azərbaycan torpaqlarının müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin müqəddəs xatirəsini yad edərək , abidə kompleksi önünə gül-çiçək dəstələri qoydular. 
Bundan əlavə rayon İcra Hakimiyyətinin iclas zalında rayonun şəhid ailələri ilə görüş keçirildi  və onlara yardımlar olundu.

Keçidlər