Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon Gənclər və İdman idarəsi 2 fevral Gənclər günü münasibətilə müsiqili-əyləncəli tədbir keçrimişdir

26 yanvar 2014 | 16:00

25 yanvar 2014-cü il tarixdə Saatlı rayon Gənclər və İdman idarəsi 2 fevral Gənclər günü münasibətilə müsiqili-əyləncəli tədbir keçrimişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı aparatının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Reyhan xanım Ocaqova, rayon ictimaiyyəti, gənclər və yeniyetmələr iştirak etmişlər. Reyhan xanım Ocaqova çıxış edərək gəncləri təbrik etdi, 2013-cü ildə naliyyətlər əldə etmiş bir qrup gəncə fəxri fərmanlar təqdim olundu və öz dəyərli məsləhətlərini verdi. Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Qiyasov çıxış edərək Respublikamızda, həmçinin rayonumuzda gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışaraq 2013-cü ildə görülmüş işlərdən və əldə olunmuş naliyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verildi. Çıxışlardan sonra tədbir musiqi sədaları altında davam etdirildi.

Keçidlər