Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş Bayram tədbiri

08 may 2014 | 15:00

Saatlı rayonunda 07 may 2014 - cü il tarixdə saat 1900 – da Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş Bayram tədbiri keçirilmişdir. Tədbirdə xalqımızın Ümummilli liderinin müqəddəs xatirəsi yad edilmiş, abidəsi önünə əklil qoyulmuş, tər gül – çiçək dəstələri düzülmüşdür. Sözügedən tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbirlər silsiləsində nailiyyətlər əldə etmiş müsabiqə qaliblərinə və idmançılara hədiyyələr təqdim olunmuşdur. Bayram tədbirində Respublikanın bir sıra tanınmış müğənniləri iştirak etmişdir. Tədbirin sonunda atəşfəşanlıq olmuş və ulu öndərin 91 illiyi ilə əlaqədar olaraq 91 ədəd fişəng atılmışdır. Ümumilikdə tədbirdə 7500 nəfər əhali iştirak etmişdir.
   
 

Keçidlər