Şriftin ölçüsü :

Saytın rəngi :

«Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda rayon gənclərinin konfransı

14 may 2014 | 15:00

14 may 2014-cü il tarixdə saat 16:00-dan 18:00-dək Gənclər Mərkəzində «Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda konfrans keçirilmişdir. Konfransda rayonun idarə, təşkilat və müəssisələrinin əmək kollektivləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri daxil olmaqla 180 nəfər iştirak etmişdir. Konfrans iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül – çiçək dəstələri düzmüşlər. «Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda keçirilən konfrans açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş və konfrans öz işini davam etdirmişdir.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov, Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, YAP Saatlı rayon təşkilatı Gənclər birliyinin sədri Elşən Əzizov, Saatlı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Firuzə  Həsənova, Qaracalar kənd tam orta məktəbin müəllimi Xanım Allahyarova, Heydər Əliyev Mərkəzinin işçisi Mehriban Ağayeva çıxış etmişlər.
Çıxışlar dinlənildikdən sonra gənclər onları maraqlandıran məsələlər barədə rəyasət heyətinə suallar ünvanlamış, təkliflərini bildirmişlər.

 

Keçidlər