Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon İcra Hakimiyyətininin başçısı cənab Siraqəddin Cabbarov tələbələrlə görüş keçirmişdir.

09 sentyabr 2014 | 15:00

Saatlı rayonunda 09 sentyabr 2014 – cü il tarixdə saat 10:00-da rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında tələbə adını qazanmış 139 gənclə görüş keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər mərkəzində yerləşən abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzdülər. Rayon İcra Hakimiyyətininin başçısı cənab Siraqəddin Cabbarov təhsil sahəsində olan uğurlardan, qazanılan nailiyyətlərdən söhbət açdı. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov hər bir tələbəni  təbrik etdi və onları hədiyyələrlə sevindirdi. Tədbirində sonunda tələbələrlə xatirə şəkli çəkilmişdir.

Keçidlər