Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilmişdir

03 oktyabr 2014 | 15:00

03 oktyabr 2014-cü il tarixdə saat 1100-da Saatlı rayon Gənclər Mərkəzinin iclas zalında “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Saatlı şəhər mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoymuşlar.  Tədbirdə rayonun ümumtəhsil məktəblərinin müəllimləri, təqaüdə çıxmış müəllimlər, məktəb direktorları, rayon ziyalıları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbirin sonunda rayonun musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
“5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibətilə təşkil olunan tədbirdə ümumilikdə 180 nəfər iştirak etmişdir.

 

 

Keçidlər