Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Oktay Şirəliyev Saatlı rayon Mərkəzi Xəstəxanasında Saatlı, İmişli, Beyləqan, Fizuli rayon sakinlərini qəbul etmişdir.

22 yanvar 2015 | 16:00

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Yanvarın 22-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11:00-dan etibarən Saatlı rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir. Qəbula müraciət etmiş, Saatlı, İmişli, Beyləqan, Fizuli rayon sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildirmişlər.

Qəbula gələn 40-a yaxın şəxsin müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır. Vətəndaşların müraciətlərinin əsas hissəsini xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından, fəsadlaşmış halda ölkəmizə dönmüş və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımız təşkil etmişdir. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olmuşdur.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Keçidlər