Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət sarayında "Həyatla oyun" tamaşası nümayiş etdirilmişdir

03 mart 2015 | 16:00

03 mart 2015-ci il tarixdə 11:00-da Saatlı rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət sarayında Bakı Uşaq Teatrı tərəfindən hazırlanmış "Həyatla oyun" tamaşası nümayiş etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən "Həyatla oyun" tamaşası hazırlanmışdır. Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir. Tamaşanı 450 nəfər gənc və məktəbli izləmişdir.

Keçidlər