Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda "Azərbaycan tarixində Heydər Əliyev Fenomeni " mövzusunda konfrans-seminar keçirildi.

19 fevral 2015 | 16:00

Saatlı rayon Gənclər Mərkəzində 19 fevral 2015-ci il tarixdə saat     15-00 da Saatlı rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi və YAP Saatlı rayon təşkilatının birgə təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan tarixində Heydər Əliyev Fenomeni " mövzusunda konfrans-seminar keçirildi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan xanım Ocaqova tədbir iştirakçılarına fenomen şəxsiyyətin həyat və fəaliyyətindən danışdı. Daha sonra çıxış üçün söz Gənclər və İdman İdarəinin rəisi Elçin Qiyasova, Heydər Əliyev Mərkəzinin direktoru Əzizağa Quliyevə, YAP Saatlı rayon Təşkilatının Gənclər Birliyinin sədri Elşən Əzizova, AQUDM -nin metodisti Aynur Qarayevaya, C.Cabbarlı adına şəhər 3 saylı tam orta məktəbinin müəlliməsi Firuzə Həsənovaya və S. Vurgun adına 1 saylı şəhər tam  orta məktəbin uşaq birliyi təşkilatının rəhbəri Gülbəniz Babayeva verildi. Çıxışçılar "Azərbaycan tarixində Heydər Əliyev Fenomeni " mövzusunda konfrans iştirakçılarina ətraflı məlumat verdilər.

Keçidlər