Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda «Novruz» şənliyi keçirilmişdir.

19 mart 2015 | 16:00

19 mart 2015-ci il tarixdə Saatlı şəhəri Heydər Əliyev prospekti 289 ünvanda yerləşən istirahət parkında  Azərbaycan xalqının milli  bayramı olan, qədim tarixi adət-ənənələri özündə birləşdirən «Novruz» şənliyi keçirilmişdir. Bayram tədbirində Azərbaycan xalqının tarixi adət-ənənələrini əks etdirən yaradıcılıq nümunələri, maddi-mənəvi irsimizə aid olan sənətkarlıq əsərləri nümayiş olunmaqla, musiqili-əyləncəli tamaşalar təşkil olunmuşdur. Bayram münasibətilə rayonun Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə bayram sovqatları verilmişdir. Tədbirdə ümumlikdə 5500 nəfər rayon sakinin iştirakı etmişdir.

Keçidlər