Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda 31 mart azərbaycanlıların soyqırımı anım günü tədbiri keçirilmişdir

31 mart 2015 | 15:00

31 mart 2015-ci il tarixdə saat 11:00-da Saatlı rayonunda 31 mart azərbaycanlıların soyqırımı anım günü tədbiri keçirilmişdir.Tədbirlər çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksinə gələrək abidə kompleksi önünə tər gül-çiçək dəstələri qoymuş və məktəblilər tərəfindən ədəbi–bədii kompozisiya numayiş olunmuşdur.
Anım mərasimində çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov 31 Mart soyqırımı və ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışdı. Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov qeyd etdi ki, İlk dəfə Ümummilli liderimiz Heydər Əliyev xalqımızın tarixi və milli yaddaşını özünə qaytardı, ermənilər tərəfindən azərbaycanlıların soyqrımı barədə ilk hüquqi sənədi tariximizin səhifəsinə yazdı. Bu gün isə Azərbaycan Prezidenti cənab İlham Əliyev erməni kimliyini, ermənilərlə bağlı həqiqətləri dünyaya çatdırır. Sonda rayon başçısı bu məsələdə beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd etdi.
Tədbirdə əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri olmaqla ümumilikdə 3300 nəfərdən çox əhali iştirak etmişdir.

Keçidlər