Şriftin ölçüsü :

Saytın rəngi :

10 may 2022-ci il tarixdə Saatlı rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

10 may 2022 | 10:20

10 may 2022-ci il tarixdə Saatlı rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, həmçinin rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.Tədbir iştirakçıları əvvəlcə, Ümumilli lider Heydər Əliyevin Saatlı şəhər mərkəzində yerləşən heykəl abidəsini zaiyarət edərək, abidə önünə gül dəstələri qoymuş və rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu öndər Heydər Əliyevin həyat və əmək fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar. Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov və digər natiqlər Ümummilli lider Heydər Əliyevin həyat və əmək fəaliyyətinin əsas istiqamətlərindən, onun sovet hakimiyyəti illərində Azərbaycanda dövlət infrastrukturunun yaradılması, gələcək kadr potensialının formalaşdırılması və gücləndirilməsi, milli kadrların önə çəkilməsi, dövlətin sənaye və kənd təsərüfatı sahələrinin güclü inkişafından, bu dövrdə görülən işlərin gələcəkdə Azərbaycanın müstəqil dcövlət kimi formalaşmasında əhəmiyyəti haqqında ətraflı məlumatlar verdilər. Həmçinin Azərbaycan xalqının ağır günlərində, 90-cı illərin əvvəllərində müstəqil dövlət kimi mövcud olmağımıza təhlükə yarandığı vaxtda xalqın Ulu öndərə olan etimad və inamından, onun rəhbərliyi altında idarəetmə strukturunun formalaşması, iqtisadiyyatın yenidən qurulması, nəhəng regional layihələrin əsasının qoyulması, azərbaycançılıq ideyalarının geniş şəkildə tətbiqi, Azərbaycanda güclü ordu quruculuğuna start verilməsi kimi məsələləri geniş şərh etdilər. Ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşadığı, daxili və xarici siyasətdə böyük uğurların əldə olunduğu bildirildi, Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə ərazi bütövlüyünü bərpa etməsi, son illərdə doğma Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi və bu uğurlu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşmasının dayandığı tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Daha sonra tədbir rayonun təhsil və mədəniyyət müəssisələrinin hazırladıqları ədəbi-bədii hissə ilə davam etdirildi, Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir və musiqilər səsləndirildi

Keçidlər