Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

   Azərbaycan Respublikasının Prezidenti 29 yanvar 2019-su il tarixli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na  uyğun olaraq  2019-cu ildə  Saatlı rayonundada bir sıra mühüm işlər ğörülmüşdür.

2019-cu ildə “İD-Aqropark” MMC tərəfindən müvafiq infrastrukturun yaradılması ilə əlaqədar 9 km işıq xətti çəkilmiş, 400 və 630 kva-lıq 2 ədəd transformator quraşdırılmış, suvarma suyu götürüləcək Araz çayından çəkilən 54.2 km-lik kanala beton üzlük çəkilmiş və 60 km uzunluğunda kollektor-drenaj xətləri çəkilmişdir. Bundan əlavə, müasir suvarma sistemlərinin qurulması məqsədilə 60 hektar sahədə pivot quraşdırılmış, 66 ədəd texnika və aqreqat alınmış, anbar və texnika parkı inşa edilmişdir. 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında 300 hektar ərazidə buğda, 1100 hektar sahədə arpa, 20 hektar ərazidə yonca, 80 hektar ərazidə nar ağacları əkilmişdir. 300 hektar buğda sahəsinin hər hektarından 36.97 sentner olmaqla 1109.1 ton buğda məhsulu, 1100 ha arpa sahəsinin hər hektarından 32.36 sentner olmaqla 3559.56 ton arpa məhsulu  istehsal edilmişdir. 2020-ci ilin məhsulu üçün 2019-cu ilin payızında isə 285 hektar sahədə buğda, 365 hektar sahədə arpa, 50 hektar sahədə yonca əkilmişdir.
2019-cu ildə “P-Aqro” MMC-nin Saatlı Pambıq Emalı Zavodunun istehsal gücünün artırılması məqsədilə xam pambıqın sovurulması üçün VÇ-22 növ vintilyator VÇ-7 növ vintilyatorla əvəz edilmiş, barabanın dövrlər sayı artırılmış, xam pambıqın təmizlənməsi üçün əlavə RX aparatları, 1 ədəd yeni model XP aparatı və presləyici kondinsorun mahlıc gücünün presə ötürülməsinə xidmət edən yeni cihaz quraşdırılmışdır.
2019-cu ildə792 min m2 yerli əhəmiyyətli avtomobil yollarının saxlanılmasına 1391.1 min manat vəsait sərf edilmişdir.
2019-cu ildə rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin icrası davam etdirilmişdir. Belə ki, Məzrəli və Naharlı kəndlərində şəbəkənin yenidənqurulması ilə əlaqədar yeni güc mərkəzinə 2 ədəd 10/0.4 kv-luq transformator məntəqəsi quraşdırılmışdır. 2.6 km uzunluğunda 10 kv-luq Qazanbatan hava xəttinin, 10 kv-luq Nərimanov hava xəttinin və 6 kv-luq Sabir hava xəttinin tikintisi işləri aparılmışdır. 24.5 km uzunluğunda 10 kv-luq Nabatkənd, Nəsimikənd, Fətəlikənd, Məmmədabad, Dədə Qorqud və Mircəlalkənd, Ukrayna, Moskva hava xətlərində cari təmir işləri aparılmışdır. Naharlı kəndində layihə əsasında 316 ədəd yeni metal dayaq basdırılmaqla 12.3 uzunluğunda 0.4 kv-luq ÖİN xətlərinin tikintisi işləri aparılmış, 168 ədəd Smart kart tipli sayğac quraşdırılmışdır. Kamallı kəndində layihə əsasında 45 ədəd yeni metal dayaq basdırılmaqla 0.9 uzunluğunda 0.4 kv-luq ÖİN xətlərinin tikintisi işləri aparılmışdır.Fətəlikənd, Əbilkənd, Qazanbatan, Hacıqasımlı, Dəlilər, Nərimankənd, Nabatkənd, Çolpı, Əliabad, Genişkəd, Şirinbəyli və Məmmədabad kəndlərində 38.5 km uzunluğunda 0.4 kv-luq hava xətlərində cari təmir işləri aparılmışdır. Rayonun Varxankənd və Mollavazlı kəndlərində əkin sahələrinin suvarılması üçün quraşdırılmış su nasos stansiyalarını qidalandırmaq üçün 2 ədəd 10/6/0.4 kV-luq 160 kVA gücündə transformator məntəqəsi quraşdırılmışdır. Rayonun M.Ağayev küçəsində 1 ədəd, M.Kərimov küçəsində 1 ədəd, M.Ə.Sabir küçəsində 1 ədəd, Qıraqlı kəndində 1 ədəd, Dədəd Qorqud kəndində 2 ədəd, Heydərabad kəndində 1 ədəd, Qara Nuru kəndində 2 ədəd, Cəfərxan kəndində 1 ədəd, Əliabad kəndində 1 ədəd, Mollavazlı kəndində 1 ədəd, Qaralar kəndində 1 ədəd, Orta Muğan kəndində 2 ədəd, Çolpı kəndində 1 ədəd 10/6/0.4 kv-luq transformator əsaslı təmir olunmuşdur.
Ümumilikidə abonetlər 2590 ədəd müasir tipli yeni sayğaclarla təmin edilmişdir. Saatlı Elektrik Şəbəkəsinin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq Dartı, 35/10 kv-luq Dədə Qorqud, 35/10 kv-luq Mircəlal, 35/10 kv-luq Fətəlikənd, 35/6 kv-luq Qaralar, 35/6 kv-luq Qaracalar, 35/10 kv-luq Muğan-1, 35/10 kv-luq Qara Nuru yarımstansiyalarında cari təmir işləri icra edilmişdir.
2019-cu ildə Saatlı xidmət sahəsi ərazisində 578 yeni abonent qeydiyyata alınmışdır. Abonentlərin təbii qaz təminatının yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev prospektində 1185 p/m, S.Vurğun küçəsində 250 p/m, M.Ş.Vazeh küçəsində 561 p/m qaz xətti çəkilmişdir. Bundan əlavə, Nəsimi küçəsində 1050 metr PE315 mm-lik, Babək küçəsində 2500 PE 250 mm-lik yeraltı qaz xətti çəkilmişdir. Məmmədabad kəndində 1 ədəd şkaf-qaz tənzimləyici məntəqə (ŞQTM) quraşdırılmışdır. Mollavazlı kəndində yenidən qurma işləri başa çatdırılmış, sayğacların köhnə xətlərdən yeni xətlərə keçirilməsi işləri yekunlaşdırılmışdır. Əlisoltanlı kəndində 1 ədəd, Əbilkənd və Cəfərxan kəndlərində 2 ədəd, Yeni Novruzlu kəndində 1 ədəd qaz tənzimləyici şkaf quraşdırılmışdır. 88 ədəd qaz tənzimləyici şkaflarda, 967 ədəd siyirtmələrdə profilaktik tədbirlər görülmüş və 3522 nöqtədə qaz sızması ləğv edilmişdir.
2019-cu ildə H.Əliyev prospektində, M.Ş. Vazeh, Ş.Yusif, M.F.Axundov, M.Əliyev, M.Ağayev, C.Cabbarlı, X.Pirverdiyev, Babək, Nizami, M.Ə.Rəsulzadə, H.B.Zərdabi, 28 may, M.Kərimov, Vidadi, M.Müşfiq, M.P.Vaqif, Cavanşir, Ə.Hüseynov, M.S.Ordubadi, Ü.Hacıbəyli, O.Rzayev, A.Abuzərov, A.Səhhət, S.Vurğun küçələrində və Mollavazlı kəndində zədələnmiş d-32 mm-lik plastik boru xətlərində təmir işləri aparılmışdır. Əlisoltanlı, Nərimanov, Dəlilər, Qaracalar, Fətəlikənd və Soltanabad kəndlərində yerləşən modul tipli sutəmizləyici qurğularda təmir işləri icra edilmişdir. Nərimanov kənd məcburi köçkün qəsəbəsində 19 saylı nasosxanada təmirdənçıxmış 15 kVt-luq mühərrik yerinə bərpa edilmişdir. Saatlı şəhərinin kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlər görülməmişdir.
2019-cu ildə rayon mərkəzi və kənd EATS-lərində mövcud telefonların bərpası və yeni telefon xətlərinin çəkilişinə 12030 manat vəsait sərf olunmuşdur. Yeni tikilən və mövcud xətt şəbəkəsindən istifadə olunmaqla şəhər mərkəzində 94 abunəçiyə və kənd EATS-lərindən ayrı-ayrı kəndlər üzrə 307 abunəçiyə telefon çəkilişi aparılmaqla 401 abunəçiyə telefon çəkilmişdir. Şəhər və kənd EATS-ləri ərazisində telefon çəkilişi aparmaqla yanaşı, mövcud kabel-kanalizasiya quyularında və hava rabitə xətlərində cari təmir işləri görülmüşdür. Yeraltı rabitə xətlərində cari təmir işləri aparılmaqla Dədə-Qorqud küçəsində bölüşdürücü xətt dəyişdirilərək istifadəyə verilmişdir. Sarıcalar kəndində və Əlisoltanlı kəndi ərazisində yerləşən məcburi köçkün qəsəbəsində 128 nömrəlik elektron ATS (EATS) quraşdırılmış və yeni xətt şəbəkəsinin tikintisi işləri başa çatdırılmışdır. Yeni tikilən EATS ərazilərində vətəndaşlara 102 telefon çəkilmiş və 96 abunəçi sürətli internetə qoşulmuşdur.Yeni Azərbaycan Partiyasının rayon təşkilatına, rayon Suvarma Sistemləri İdarəsinə, Mərkəzi rayon Xəstəxanasına və S,Vurğun adına Saatlı şəhər 1 nömrəli orta məktəbə ayrılmış xətlər (Fibrooptik kabel) çəkilərək yüksək sürətli internetə qoşulması təmin olunmuşdur. Telefon və internet xidmətinin yaxşılaşdırılması məqədilə PŞ-1.2.8-ə gedən TPP400x2 kabelin 450 metr, Pirverdiyev küçəsində TPP50x2 kabelin 280 metr, C.Cabbarlı küçəsində TPP100x2 kabelin 150 metr  zədələnmiş hissəsi dəyişdirilmişdir. Əhaliyə və təşkilatlara yüksək sürətli internet  xidməti göstərilməsi işləri davam etdirilmişdir. Belə ki, saatlı şəhər, Nəsimikənd, Qara Nuru, Sarıcalar, Əlisoltanlı, Qaracalar, Varxankənd, Hacıqasımlı, Qıraqlı və Mustafabəyli kənd EATS-nə yeni transmissiya-internet avadanlığı quraşdırılmışdır. Şəhər və kənd EATS-ləri üzrə 613 abunəçinin internet xidmətlərindən yararlanması təmin olunmuşdur. Hal-hazırda “Aztelekom.net” və digər provayderlər də daxil olmaqla rayon üzrə 3885 abunəçi yüksək sürətli internet xidmətindən istifadə edir.
2019-cu ildə kollektor-drenaj şəbəkəsində mexanizmlərlə 345.17 km məsafədə 951.62 min m3 lildən təmizləmə işləri icra olunmuşdur. Ümumi uzunluğu 783 km olan suvarma kanallarında 2171 min m3 mexanizmlə lildən təmizləmə işləri aparılmışdır. Bundan əlavə 140 ədəd hidro-texniki qurğu, 8 ədəd istehsalat binası, 45 ədəd hidropost və 10 nasos stansiyası cari təmir edilmişdir. 2 aqreqatlı Musalı nasos stansiyasının təzyiqli boru xəttinin və su aparıcı kanalının üzərindəki qurğuların əsaslı təmiri işləri icra edilmişdir. Araz çayında nasos stansiyaları yaxınlığında mexanizmlə 483 min m3 məcratəmizləmə işləri yerinə yetirilmişdir.
2019-cu ildə kanallarda faşın hörgüsü vasitəsi ilə 700 m3 həcmində yamacbərkitmə işləri aparılmışdır
2019-cu ildə Saatlı şəhərinin Ş.Yusif, S.Vurğun, Ə.Cavad, Nizami, X.Pirverdiyev, M.Şəfi və M.Ağayev küçələrində ümumilikdə 34797 m2 sahəyə asfalt örtüyü çəkilmişdir. Babək, N.B.Yusifbəyli, N.Nərimanov, M.Maqomayev, Ə.Şıxlinski, 28 May küçələrində ümumilikdə 47066 m2 sahəyə qum-çınqıl qatı verilmişdir.
Rayonun Heydər Əliyev Prospektində yerləşən 4 mərtəbəli yaşayış binasında 551 m2  dam örtüyü, 88.4 m metal nov və karniz yenilənmiş, 133 m su axıdan boru quraşdırılmışdır. Rayonun müxtəlif ərazilərində 50 mindən artıq dekorativ, həmişəyaşıl və yerli ağaclar əkilmişdir.
Saatlı rayonu üzrə 2019-cu ildə rayon Məşğulluq Mərkəzinəmüraciət etmiş 67 nəfər şəxsdən 63 nəfəri özünüməşğulluq proqramına cəlb edilərək, onların təlimlərdə iştirak etməsi təmin edilmişdir. Bunlardan 1 nəfəri şəhid ailəsinin üzvü,30 nəfəri əlilliyi olan şəxslər, 3 nəfəri müharibə veteranı, 6 nəfəri əlil uşağı olan şəxslər, 3 nəfəri cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər,  20 nəfəri işsiz şəxslər olmuşdur. Həmin şəxslərdən 47 nəfər aktivlərlə təmin olunmuşdur. Onlardan 1 nəfəri şəhid ailəsinin üzvü, 26 nəfəri əlilliyi olan şəxslər, 5 nəfəri əlil uşağı olan şəxslər, 3 nəfəri müharibə veteranı, 3 nəfəri cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər və 9 nəfəri işsiz şəxslər olmuşdur.
2019-cu ildə rayonun Bəylər kəndində “Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Tibb Məntəqəsi inşa edilmişdir.
Rayon Mərkəzi xəstəxanasının inzibati binasında, o cümlədən qazanxana, su və istilik xətlərinin, işıqlandırma siseminin təmir işləri icra edilmişdir.
2019-cu ildə mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlər görülməmişdir.
2019-cu ildə Saatlı rayon Olimpiya İdman Kompleksində bir sıra işlər icra edilmişdir. Belə ki, ərazidə yerləşən iki mərtəbəli kotteclərdə təmir işləri, futbol stadionunda yenidən qurma işləri aparılmış, əsas və üzgüçülük hovuzunun binalarının dam örtükləri təmir edilmiş, ərazidə yerləşən obyektlərin fasiləsiz su ilə təmin olunması üçün su nasosu vasitəsilə Araz çayından köməkçi su xətti çəkilmişdir. Kompleksdə nasosxana, qazanxana və kanalizasiya təyinatlı sıradan çıxmış nasoslar yenilənmişdir. Əlilliyi olan şəxslərin kompleksin imkanlarından sərbəst istifadə etməsi üçünəsas və üzgüçülük binalarının giriş hissələrindəxüsusi pilləkənlər yerləşdirilmişdir.
2019-cu ildə Saatlı rayonunun təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilmişdir. Belə ki, rayonun Sarıcalar kənd tam orta məktəbinin əsaslı təmiri işləri başa çatdırılmışdır. Heydər Əliyev Fondu tərəfindən 432 şagird yerlik Orta Muğan kənd tam orta məktəbi üçün yeni binanın tikintisi işlərinə başlanılmışdır. Bundan əlavə, rayonun Dədə Qorqud kənd tam orta məktəbində cari təmir işləri başa çatdırılmışdır. Təhsil Nazirliyi tərəfindən Rayonun Şirinbəy və Soltanabad kənd ibtidai məktəbləri üçün modul tipli yeni məktəb binalarının tikintisinə başlanılmışdır.

Keçidlər