Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Bakı 2015 Avropa Oyunları ilə əlaqədar Məşəl tədbiri keçirilmişdir.

06 may 2015 | 15:00

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin növbəti dayanacağı Saatlı rayonu olub. Mayın 6-da birinci Avropa Oyunlarının məşəli Hacıqabuldan Saatlıya gətirilib. Saatlı şəhərinin giriş qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb. Birinci Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon S.Vurğun adına şəhər 1 saylı tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov Olimpiya məşəlini qəbul etdikdən sonra yürüşə start verilib. Məşəli növbə ilə bir-birinə ötürən on məşəlçi birinci Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 2,9 kilometr məsafə qət ediblər. Saatlı şəhərinin Heydər Əliyev prospektindən başlayaraq hərəkət edən idmançılar məşəli Heydər Əliyev meydanına gətiriblər.Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə alqışlayıblar. Gənclər arasında Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.Birinci Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namiz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi. Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Keçidlər