Saatlı rayonunda 31 mart azərbaycanlıların soyqırımı anım günü tədbiri keçirilmişdir
31 mart 2016 | 16:00
31 mart 2016-cı il tarixdə saat 11:00-da Saatlı rayonunda 31 mart azərbaycanlıların soyqırımı anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov, əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri olmaqla 4000 nəfər əhali iştirak etmişdir. Tədbir çərçivəsində 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi önünə gül-çiçək dəstələri qoyulmuş və məktəblilər tərəfindən ədəbi – bədii kompozisiya nümayiş etdirilmişdir.