Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 18-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Saatlı şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.

18 noyabr 2016 | 16:00

Qəbulda bölgədə yerləşən - Saatlı, Şirvan, Sabirabad, İmişli və Beyləqan rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər