Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Saatlı rayon təşkilatının VII konfransı

21 dekabr 2011 | 16:00

Dekabrın 16-da YAP Saatlı rayon təşkilatının növbəti - VII konfransı keçirilmişdir. Konfransda ilk partiya təşklatlarından seçilmiş nümayəndələr, rayonumuzda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzvləri və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun da iştirak etdiyi konfransa, həmçinin qonaqlar - 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilmiş akademik Əhliman Əmiraslanov və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev dəvət edilmişlər.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında ucaldılmış ümummilli liderin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular.

Daha sonra rayon mədəniyyət sarayında konfrans öz işinə başladı. YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev giriş nitqi ilə çıxış edərək konfransın işində iştirak edən partiyanın səahiyyətli şəxslərini və dəvət olunmuş qonaqları təqdim etdi. Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin və həyatdan köçən partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Bundan sonra konfrans açıq elan edildi və respublikamızın dövlət himni səsləndirildi.
İlk öncə konfransın katibliyi seçildi, ardınca gündəliyi və reqlamenti də razılaşdırılaraq səsə qoyuldu. Və qəbul edildikdən sonra hesabat məruzəsi ilə YAP Saatlı rayon təşkilatının sədri L.Şıxəliyev çıxış etdi.
Konfrans nümayəndələrini və qonaqları səmimi qəlbdən salamlayan L.Şıxəliyev Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bütün iştirakçıları təbrik etdi.

VI konfransdan ötən dövr ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verən məruzəçi, eyni zamanda ulu öndərin ideyalarının geniş ictimaiyyətə çatdırılmasından, əhali arasında izahat və təbliğat işərinin aparılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsindən də geniş bəhs etdi. Və 2008-ci il Prezident seçkilərinin, 2009-cu il 18 mart Referendumunun, 2009-cu il Bələdiyyə və 2010-cu il Parlament seçkilərinin müvəffəqiyyətlə başa çatdığını bildirdi.

L.Şıxəliyev hesabat dövründə rayonumuzda partiya üzvlərinin say tərkibinin artımına da toxunaraq, bu sahədə müsbət irəliləyişin əldə edildiyini xüsusi vurğuladı: "Belə ki, əgər biz ötən - VI konfransa 2849 nəfərlə gəlmişdiksə, hazırda partiya üzvlərinin sayı 6793 nəfərdir. Partiyanın ilk təşkilatlarının sayı isə artaraq 66-dan 70-ə çatmışdır. Hazırda rayon üzrə seçicilərin hər 8 nəfərindən biri Yeni Azərbaycan Partiyasının üzvüdür".
Sonra YAP Saatlı rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Rahib Salahovun hesabat məruzəsi dinlənildi.

Bundan sonra çıxışlara başlanıldı. Çıxış edənlər - YAP Saatlı rayon Qadınlar Şurasının sədr müavini Reyhan xanım Ocaqova, S.Vurğun adına şəhər 1 saylı tam orta məktəbin direktoru O.Məmmədov və Günəşli ilk partiya təşkilatının sədri C.Əhmədov da hesabat məruzəsinin qənaətbəxş olduğunu qeyd etdilər.
Çıxışlar bitdikdən sonra təşkilati məsələlərə baxıldı. Səsvermə yolu ilə YAP Saatlı rayon təşkilatının 47 nəfərdən ibarət Şurası və 9 nəfərdən ibarət Nəzarət Təftiş Qrupu formalaşdı. Rayon təşkilatının sədri vəzifəsinə isə səmərəli fəaliyyəti nəzərə alınaraq Lütvəli Şıxəliyevin namizədliyi irəli sürüldü və yekdillikə qəbul olundu.
Konfransda iştirak edən millət vəkili, akademik Ə.Əmiraslanov alqış sədaları altında tribunaya qalxaraq, partiyanın yaranma zərurətindən, respublikamızda görülmüş geniş həcmli işlərdən bəhs etdi.
Rayonumuzda həyata keçirilən müsbət işlərə də toxunan Milli Məclisin deputatı bunun növbəti illərdə də davam edəcəyinə əminlik ifadə etdi.

RİH-nin başçısı S.Cabbarov konfransda çıxış etdi. O, ölkə prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici sayasətdən, dövlət başçısının hər bir bəlgənin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açdı. İcra başçısı YAP sıralarına qəbulun geniş şəkildə artmasından və rayon təşkilatının siyasi fəallığının gücləndirilməsindən razılığını bildirdi.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
 

Keçidlər