Mülki müdafiə təlimləri keçirilmişdir
11 dekabr 2011 | 16:00
Bu günlərdə rayonumuzda mülki müdafiə təlimləri keçirilmişdir. FHN-nin Mülki Müdafiə Qoşunları Komandanlığının mülki müdafiə işinin təşkili baş idarəsinin məsul işçilərinin, həmçinin Şirvan regional FHN MM Şöbəsinin əməkdaşlarının iştirak etdikləri kompleks təlimə rayon icra hakimiyyəti aparatı, rayon fövqəladə hallar komissiyası və digər müvafiq xidmətlər və obyektlər cəlb olunmuşlar.
Bir neçə saat davam etmiş və yüksək təhlükəsizlik şəraitində baş tutmuş təlimdə 35-dən yuxarı texnika və 220 nəfərdən çox şəxsi heyət iştirak etmişdir.