Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda şəhid Novruzov Fariz Əlabbas oğluna Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalın təqdim etmə mərasimi keçirilmişdir

25 may 2017 | 16:00

                                                   
25 May 2017-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçlığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində Azərbayacan Respublikası Prezidenti adından Müdafiə Nazirliyinin əmri ilə şəhid Novruzov Fariz Əlabbas oğluna “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın ailə üzvlərinə təqdim etmə mərasimi keçirilmişdir. Təqdim etmə mərasimində Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbayacan Respublikası Müdafiə Nazirliyinin müşaviri, polkovnik Abdulla Qurbani, Saatlı rayon İcra Hakimiyyətinin Başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova, hüquq-mühafizə orqanların əməkdaşları, Saatlı rayon Mollavazlı kənd sakini şəhid atası Əlabbas Novruzov, şəhid ailəsinin üzvləri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişdilər.
Təqdim etmə mərasimində Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov giriş sözü lə çıxış edərək bidirdi ki, dövlətimiz tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların şücaətinin heç də diqqətdən kənarda qalmadığını, onların ailə üzvlərinin qayğı və problemlərinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək şəhid ailəsinə baş saglığı verib və Allahdan səbr diləyib.
Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani şəhidin ailəsini Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin rəhbərliyi adından salamlayaraq onlara vətənə layiq övladlar böyütdüklərinə görə minnətdarlığını bildirdi. Nazirliyin rəsmisi qeyd etdi ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, xalqın yaddaşında əbədi yaşayır,  onların xatirələri əziz tutulur, adları əbədiləşdirilir.Şəhidin atası Ələbbas Novruzov oğlu ilə qürur duyduğunu və Azərbaycanın Fariz kimi qəhrəmanları olduğunu qeyd etdi. Şəhid atası bildirdi ki, Fariz Novruzov bizim ailənin adını uca etməklə yanaşı, bu millətin, bu dövlətin də başını ucaltdı. Qoy, hamının övladı Fariz kimi qəhrəman olsun! Şəhid atası Əlabbas Novruzov Prezident İlham Əliyev Cənablarına onun ailəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Sonda Şəhid Fariz Novruzovun xatirəsinə həsr edilmiş “Nigaran Ruhlar” filimi nümayişi edilmisdir

 

Keçidlər