15 May-Beynəlxalq Ailə Günü ərəfəsində Saatlı rayonunda milli-mənəvi dəyərlər və ailə dəyərləri mövzusunda tədbir keçirilb
13 may 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin tərəfdaşlığı ilə “15 May-Beynəlxalq Ailə Günü“ ilə bağlı “milli-mənəvi, ailə dəyərlərinin qorunub saxlanılması, gənc nəslə aşılanması”, mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Tehranə Dadaşova, komissiyanın məsləhətçi-psixoloqu Orxan Səməndərli, Saatlı UADM-in əməkdaşı Türkan Həsənova, gənclər, qonaq qismində isə nümunəvi ailə kimi Azər Babayev və Təranə Babayeva iştirak edib.Əvvəlcə çıxış edən Tehranə Dadaşova və Türkan Həsənova milli-mənəvi dəyərlərin xalqımızın kimliyini və tarixini yaşadan əsas amillərdən biri olduğunu, bu dəyərlərin xaqlımızın keçmişini, mədəniyyətini, adət-ənənələrini əks etdirdiyini qeyd edərək, ailənin isə cəmiyyətin əsas sütunu olaraq, bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayıblar. Onlar, həmçinin yeniyetmə və gənclərin hər bir millətin gələcəyi olduğunu, Vətənə və xalqına sevgi ilə böyüməsinin cəmiyyətin inkişafında böyük əhəmiyyət kəsb etdiyini bildirərək, onların böyük nəslə-valideynlərə, müəllimlərə və ağsaqqallara hörmət ruhunda tərbiyə edilməsinin vacibliyini qeyd ediblər.Daha sonra çıxış Azər Babayev və Təranə Babayeva nümunəvi ailə kimi öz təcrübələrini gənclərlərlə bölüşüb, uzunömürlü ailə olmağın əsasında səbrin, hörmətin dayandığını, ailədə sadəcə qanbağının deyil, eyni zamanda ruh birliyinin olmasının əsas şərtlərdən biri olduğunu bildiriblər.