Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonu Hacıqasımlı kəndində Həyata Keçirilmiş “Yolun Abadlaşdırılması” layihəsinin açılış mərasimi keçirilib

19 iyul 2017 | 16:00

19 iyul 2017-ci il tarixdə saat 11:00-da Azərbaycan və ABŞ hökumətlərinin birgə səyləri nəticəsində Saatlı rayonunun Hacıqasımlı kənd sakinləri icma yolunun tamamlanmış abadlaşdırılmasını qeyd ediblər. Bu layihə, USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub. Bu 600 metrlik yol Hacıqasımlı icmasında 1000 nəfərdən çox insanın yaşayış şəraitlərini yaxşılaşdıracaq. Yeni yol nəqliyyata sərf edilən vaxt və xərcləri azaldacaq, məktəbə davamiyyəti artıracaq, fövqəladə hallarda icmaya yetişmə vaxtını yaxşılaşdıracaqdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ŞQİİ Aran regional ofisinin rəhbəri Əhməd Məmmədzadə, ABŞ Səfirliyinin nümayəndəsi Laurent Dagenais, ŞQİİ-un Ölkə üzrə Direktoru Tim Mədiqan, İqtisadiyyat Nazirliyi Aran Regional Şöbəsinin müdiri Elbrus Hüseynov, Hacıqasımlı kənd İcma İnkişaf Şurasının sədri Mahmud Nəsirov və kənd sakinləri olmaqla 150 nəfər iştirak etmişdir.

Keçidlər