Şriftin ölçüsü :

Saytın rəngi :

Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən irəli gələn vəzifələrlə bağlı Saatlı rayonunda ümumrayon toplantısı keçirilmişdir

08 avqust 2017 | 16:00
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə cari ilin avqust ayının 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Respublika müşavirəsi keçirilmişdir. Müşavirədə cənab İlham Əliyev bütün ölkə ictimaiyyəti tərəfindən böyük maraqla izlənilən nitqlər söyləmiş, kənd təsərrüfatının bu  ənənəvi sahələrinin əvvəlki şöhrətini özünə qaytarmaq üçün dəyərli tapşırıq və tövsiyələr verməklə yanaşı bu sahədə əsaslı dönüşə nail olmaq üçün qarşıya böyük vəzifələr qoymuş, eyni zamanda son illər regionların inkişafı ilə bağlı görülən işlərdən ətraflı danışmışdır.
     Ölkə başçısı cənab İlham Əliyev müşavirədəki giriş nitqində son illər həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının Azərbaycanı sürətli inkişaf yoluna çıxardığını qeyd etmiş, genişmiqyaslı layihələrin, o cümlədən elektrik, qaz, içməli su, magistral avtomobil və kənd yollarının yenidən qurulması, işsizliyin aradan qaldırılması, ərzaq təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın aqrar sektoruna güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən güzəştli şərtlərlə verilən texnikalar, maliyyə yardımları, subsidiyaların verilməsi, bir sözlə aqrar bölmənin demək olar ki, bütün sahələri haqqında çox ətraflı məruzə etmiş, kənd təsərrüfatının inkişafına güclü dövlət dəstəyinin olmasının vacibliyini önə çəkmişdir. 
Azərbaycan Prezidenti cənab İlham Əliyev müşavirədəki yekun nitqində tüutünçülük, baramaçılıq və fındıqçılıqla bağlı Ulu Öndər Heydər Əliyevin dövründə görülmüş işlər nəticəsində bu sahələrdə əldə olunan nailiyyətlər, daha sonra isə son illər ərzində bilavasitə dövlət başçısının öz təşəbbüsü və səyi ilə görülən işlərə hərtərəfli aydınlıq gətirmişdir.
       Dövlət başçısı tütünçülükdən danışarkən əkin sahələrini  3200 hektardan 6 min hektara çatdırmağı və nəhayət hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacağını prioritet vəzifə kimi müəyyənləşdirmişdir. Azərbaycan Prezidenti tütünçülüyün inkişafına dair dövlət proqramının hazır olduğunu və yaxın vaxtlarda qəbul ediləcəyini bildirmişdir.
       Müşavirədə müzakirə olunan məsələlər sırasında baramaçılıq da xüsusi yer tutmuşdur. Operativ tədbirlər nəticəsində son 2 il ərzində istehsal 244 tona çatdırılmış və bu məhsulu istehsalı ilə Azərbaycanda 30 rayonda məşğul olunmağa başlanılmışdır. Hazırda ölkə üzrə 3 min kümçü ailəsi baramaçılıq məşğuldur. Cənab İlham Əliyev gələn il 500 ton barama tədarük edilməsinin mümkün olduğunu bildirərək, hətta 2019-cu ildə 1000 ton səviyyəsinə çatacağını da qeyd etmişdir. Bütün bunlar isə əkiləcək ağacların hesabına olmaqla 2025-ci ildə 6 min ton barama istehsalını mümkün olacaqdır ki, bu da hətta sovet dövrünü ötəcəkdir.
       Azərbaycan Prezidenti cənab İlham Əliyev son illər ərzində ölkəmizdə fındıqçılığa da xüsusi diqqət ayrıldığını və statistik rəqəmlərlə bu sahədə olan inkişafı  ölkə ictimaiyyətinin nəzərinə çatdırmışdır. 2000-ci ildə fındıq bağlarının sahəsi 18 min hektar, 2013-cü ildə 30 min hektar, 2015-ci ildə 32 min 700 hektar, hazırda isə 55 min hektardır.  Bu isə o deməkdir ki, təkcə son 2 ildə 23 min hektar yeni fındıq bağları salınmışdır və 14800 ton fındıq ixrac edilmişdir. Fındıq satışından keçən ilə ölkəyə 105 milyon dollar valyuta gəlmişdir. İxrac yönümlü bu məhsulun gəliri nəzərə alınmaqla fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaqdır. Fındığın qiyməti də  keyfyyətindən asılı olaraq satış imkanlarını artırır. Eyni zamanda əhalinin məşğulluğu baxımından da əlverişli olmaqla hazırda 9 min nəfər çalışır. Yeni bağlar salındıqdan sonra 20 min nəfərə çatacaqdır.
       Dövlət başçısı cənab İlham Əliyev müşavirədə ümumiyyətlə kənd təsərrüfatı sahəsində olan artım və dinamikadan bəhs etmiş, pambıqçılığa da toxunaraq belə müşavirələrin faydası olduğunu bildirmişdir. Qeyd etmişdir ki, pambıqçılığa dair birinci müşavirədən sonra əkin sahələri 17 min hektardan 136 min hektara çatdırılmışdır. Əgər məhsuldarlıq bu il 20 sentner olarsa, təqribən 260 min ton pambıq istehsalı gözlənilir. Məqsəd isə gələcəkdə bu rəqəmi 500 min tona çatdırmaqdır. Bütün bunlar isə yeni iş yerləri yaradılması, kəndlilərin,fermerlərin həyat səviyyəsinin yüksəlməsi, ixrac imkanlarının genişlənməsi, itxaldan asıllığın azalması deməkdir. Ölkə başçısı həmçinin son illər xaricdən 10 min ədəd texnika gətirildiyini və bu məqsədlər üçün 100 milyonlarla dollar vəsait ayrıldığını, istehsalçılara subsidiyaların verildiyini, sahibkarlara isə 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər ayrılmasını diqqətə çatdırmışdır.
       Son illər dövlət başçısının qeyri-neft sektorunun inkişafına ayırdığı diqqət sayəsində bütün rayonlar kimi, Saatlı da inkişaf edir, məhsul bolluğu yaranır, əhalinin həyat səviyyəsi yüksəlir. Rayonda ənənəvi kənd təsərrüfatı sahələri olan taxılçılıq, pambıqçılıqla yanaşı, baramaçılığa da xüsusi fikir verilməsi önə çəkilmişdir. Azərbaycan Prezidentinin verdiyi tapşırıqlar kənd həyatının canlanmasına gətirib çıxarmış, əhalidə  baramaçılığa da maraq yaratmışdır. 2017-ci ildə baramaçılarımız bu işlə məşğul olmağa başlamışlar. «Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında» ölkə başçısının sərəncamı ilə yaş baramanın hər kiloqramına görə baramaçılara subsidiyanın verilməsi, xarici ölkədən gətirilən tut tinglərinin yerlərdə əkilməsi  bu sahənin inkişafına stimul yaratmışdır. Son 2 il ərzində rayon ərazisində 7,7 hektar sahədə 60 min ədəd  tut ağacı əkilmişdir ki, bunun da 55 min ədədi Çin Xalq Respublikasından alınmışdır. Bu isə yaxın illərdə yüksək səviyyədə barama istehsalına imkanlar yaradacaqdır. Cari ildə 4 kümçü ailəsi tərəfindən rayonda 207,5 kq barama istehsal olunaraq «Şəki-İpək» ASC-yə təhvil verilmişdir. Hazırda kümçü ailələri 2018-ci ildə yüksək məhsul əldə etmək məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımı şəraitin yaradılması və tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər.
       Eyni zamanda Saatlı rayonunda taxılçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan istehsalçılar cari ildə yüksək nəticələr əldə etmişlər. Taxılın hər hektarından məhsuldarlıq ölkə üzrə rayonda ən yüksək olmuşdur. Buğda və arpa istehsalı  artmışdır. Hər hektardan məhsuldarlıq 41,7 sentner olmaqla 72918,5 ton buğda, hər hektardan məhsuldarlıq 34,7 sentner olmaqla 10222,7 ton ARPA istehsal edilmişdir. Ümumilikdə rayon üzrə 40,7 sentner olmaqla 83141,2 ton taxıl tədarük olunmuşdur. İstehsalçılar tərəfindən rayon üzrə cari ildə 17220 hektar sahədə pambıq əkilmiş və bütün aqrotexniki xidmətlər görülməklə normal məhsul yetişdirilmişdir.
Keçidlər