Saatlı rayonu Qazanbatan kəndində səyyar qəbul-görüş keçirildi
15 avqust 2017 | 16:00
Rayon İcra Hakimiyyəti başçısının rayonun Qazanbatan kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun hüquq-mühafizə orqanları, xidmət və digər təşkilat rəhbləri və kənd sakinləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, pambıq əkin sahələrində daha yüksək məhsul əldə olunması üçün görülmüş işlər barədə kənd sakinlərinə məlumat verdi.
Görüş zamanı kənd sakinlərindən Özbək Süleymanov, Ənvər Rizmanov, Elxan Əzizov çıxış edərək kəndarası yollara çınqıl tökülməsi, kəndaxili kollektorların təmizlənməsi və kəndin tamamilə telefonlaşdırılması ilə bağlı problemlər olduğunu və bu sahədə kənd sakinlərinə köməklik göstərilməsini xahiş etdilər. Qaldırılan məsələlərin icrası ilə əlaqədar yerində aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.