Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti qanvermə aksiyası

26 noyabr 2011 | 16:00

"Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində respublikamızda mütəmadi olaraq qanvermə aksiyası keçırılır.
Növbəti qanvermə aksiyası bu günlərdə rayonumuzda keçirilmişdir. Mərkəzi rayon Xəstəxanasında baş tutmuş aksiya B.Eyvazov adına Hematologiya vəTransfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının bölmə müdiri Gulara Abasovanın rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən həyata keçirilmişdir.
Könüllü qanvermə aksiyasında rayon sakinləri ilə yanaşı, yerli idarə, müəssisə və təşkilatlarda çalışan işçilər də iştirak etmişlər.
Xeyirxah aksiyada günün sonunadək 200 nəfərə yaxın şəxs irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan vermişdir.
 

Keçidlər