Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir

05 sentyabr 2017 | 16:00
     05 sentyabr 2017-ci ildə Saatlı rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül dəstələri qoymuşdur. Daha sonra rayon Gənclər Mərkəzində davam edən tədbiri rayon Təhsil şöbəsinin müdir müavini Şöhrət Bədəlov açıq elan edərək tədbir iştirakçılarını kaonfransın gündəliyi ilə tanış etmiş və 2016-2017-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Ş.Bədəlov müxtəlif fənn olimpiadalarında, müsabiqə və yarışlarda rayonun təhsil müəssisələrində tədris alan şagirdlərin bir çox uğurlar qazandığını, xüsusilə də rayonun məktəblilərdən ibarət "Birlik"  komandasının "Xəmsə" Milli İntellektual Oyunlarının 30 iyul 2017-ci ildə keçirilən final turunda respublika birincisi olduğunu qeyd etmiş, ali təhsil ocaqlarına qəbul üçün imtahan verən abiturientlərdən 146 nəfərin tələbə adını qazandığını, 31 nəfərin 500 baldan, o cümlədən 13 nəfərin 600 baldan yuxarı bal topladığını bildirmişdir. Müəllimlərin diaqnostik qiymətləndirilməsindən də danışan Ş.Bədəlov imtahanlarda müəllimlərin yüksək nəticələr əldə etdiyini bildirdi.
     Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Akif Abbasov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması, abiturientləri isə ali məktəblərə qəbul olmaqları münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.
     Konfransda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ali təhsil ocaqlarına qəbul olmuş abiturientləri və yeni dərs ilinin başlanması ilə bağlı rayonun təhsil işçilərini təbrik edərək onlara müvəffəqiyyətlər arzuladı. Son illər respublikada, o cümlədən Saatlı rayonunda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində rayon ərazisində yeni tikilən, əsaslı təmir olunan ümumi təhsil müəssisələrindən, rayonun ictimai-siyasi və sosial-mədəni həyatında müəllimlərin və ziyalıların rolundan danışaraq, təhsil işçilərinin qarşısında duran vəzifələri diqqətə çatdırdı.
     Tədbirin sonunda bir qrup təhsil işçisi və ali məktəblərə qəbul olmuş abiturientlər mükafatlandırıldı.

 

Keçidlər