Saatlı rayonunda bələdiyyə sədrlərinin iştirakı ilə seminar müşavirə keçirildi
13 sentyabr 2017 | 16:00
13 sentyabr 2017-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında bələdiyyə sədrləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodik kömək göstərilməsi məqsədilə İmişli regional Ədliyyə idarəsi və Bələdiyyələrlə iş mərkəzi tərəfindən seminar müşavirə keçirilmişdir. Seminarda Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, Bələdiyyə əmlakının qəbulu və icrası, Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri, nağdsız hesablaşmalar və onların məqsədi, Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verildi.